Şənbə , Aprel 18 2026
azfa

Azərbaycanlı öyrəncilər Urmiyada türk dilinin rəsmi dövlət dili olmasını istəyir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiyada azərbaycanlı öyrəncilər Azərbaycan türkcəsinin rəsmi dövlət dili olmasını tələb ediblər. Azərbaycanlı öyrəncilər bu tələblərini irəli sürmək məqsədilə müvafiq şüarlar yazılmış etiketləri Urmiya Universitetinin divarlarına yapışdırıblar.

Azərbaycanlı öyrəncilər 2018-ci il oktyabr ayının 7-də Azərbaycan türkcəsi, fars və ingilis dillərində yazılan etiketləri divarlara yapışdırıblar. Onlar rejimdən ölkə əhalisinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinin dilinə rəsmi dil statusu qazandırılmasını tələb ediblər.

Azərbaycanlı öyrəncilərin divarlara yapışdırdıqları etiketlərdə “Türk dilində mədrəsə – olmalıdır hər kəsə”, “Türk dili rəsmi olsun”, “Konstitusiyanın 15-ci maddəsi icra olunmalıdır” və “Biz ana dilinin tədris olunmasını tələb edirik” şüarları əks olunub.

Azərbaycanlı öyrəncilər beləliklə irqçi və işğalçı fars rejimin mənəvi soyqırım siyasətini dayandırmağı və türk dilini rəsmi dil elan etməyi tələb ediblər.

Həmçinin yoxlayın

İran-ABŞ danışıqları bazar ertəsi günü keçiriləcək

GADTB: CNN telekanalı İran mənbələrinə istinadən verdiyi məlumata görə, Tehran və Vaşinqton arasında danışıqların növbəti …

Molla rejimin həbs etdiyi türkmən gənc Sağər Qulami girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: İran Məhkəmə Hakimiyyətinin Media Mərkəzi 19 yaşlı gənc türkmən xanım ötən ilin dey ayında …

Bir cavab yazın