Şənbə , May 17 2025
azfa

Azərbaycanlı siyasi məhbus Siyamək Mirzainin həbs xəbəri Türkiyə və Azərbaycan mətbuatında əks etdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin azərbaycanlı şair, yazıçı və siyasi fəal siyamək Mirzaini həbs etməsi xəbəri Türkiyə və Azərbaycan mətbuatında da əks etdirilib.

Siyasi fəalın İran rejiminin təhlükəsizlik məmurları tərəfindən yaxanılması Türkiyənin “Anadolu” Xəbər Agentliyinin farsca və türkcə bölümündə, “Yeni Şafak”, “TIMETURK”, “Haber7” və s. eləcə də Azərbaycan Respublikasının “Yeni Musavat”, “Meydan TV” və digər saytlarında yayılıb.

Qeyd edək ki, Siyamək Mirzai dekabr ayının 28-də Ərdəbil şəhərində yaşadığı binanın yaxınlığında rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq Tehranın Evin zindanına köçürülüb.

Azərbaycanlı fəal  dekabrın 29-da ailəsi ilə telefon əlaqəsi saxlayaraq bu haqda məlumat verib.

Siyamək Mirzai 2019-cu il iyulun 28-də 3 illik məhkumluq dövrünü başa vurduqdan bir ay sonra girov qarşılığında Evin həbsxanasından sərbəst buraxıldı. Siyamək Mirzai rejimin Tehrandakı İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 3 il həbs müddətini çəkdikdən və Qain şəhərinə sürgün göndəriləndən sonra yenidən fəalı şərləyək, onu həbsdə olarkən sistem əleyhinə təbliğat aparmaqda ittiham etmişdir. Həmin ittihama görə isə fəal rejimin məhkəməsi tərəfindən 1 il 10 gün həbsə məhkum eedilmişdir.  Həmçinin fəalın ölkədən çıxışına və ictimai-siyasi qruplarda üzv olmasına 2 il qadağa qoyulmuşdur.

Azərbaycanlı fəal 2020-ci il iyulun 13-də məhkumluq və sürgün dövrünü başa vuraraq Ərdəbilə qayıtmışdı.

Həmçinin yoxlayın

İran və Avropanın böyük dövlətlərinin rəsmiləri İstanbulda görüşüblər

GADTB: Bu gün İran XİN rəhbərinin müavinləri Kazım Qəribabadi və Məcid Təxt Rəvançi İstanbulda üç …

İki türk ölkəsi Azərbaycan və Qazaxıstanın hərbçiləri görüşdü

GADTB: Azərbaycanla Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Qazaxıstan …