Çərşənbə , Fevral 1 2023
azfa

Azərbaycanlı siyasi məhbusu Salar Tahir Əfşar yenidən zindana qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya zindanından vəsiqə qarşılığında 5 gün müddətinə məzuniyyətə buraxılmış azərbaycanlı siyasi məhbus Salar Tahir Əfşar yenidən zindana qaytarılıb.

Salar Tahir Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında 5 gün müddətinə zindandan çıxmışdı. Məzuniyyət müddəti qurtaran siyasi məhbus yenidən zindana salınıb.

Qeyd edək ki, Tahir Əfşar aprelin 19-da atasının evində İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiya həbsxanasına köçürülmüşdü.

Urmiya sakini olan türk fəal İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində həbs edilərək ilkin məhkəmə tərəfindən “Sistemə qarşı təbliğat aparmaq” və “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamlarından 4 il həbs cəzasına məhkum edilmişdi. Daha sonra Apellyasiya Məhkəməsi ona “Qanunsuz etiraz aksiyası təşkil etmək” ittihamından bəraət qazandıraraq, həbs cəzasını 1 ilə endirib.

Urmiya həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oytanın Azərbaycana səfirliyinə terror hücumu barədə bildirişi Avstraliyada “Türkish News Press”de dərc edilib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiyasiyası Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirildi

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Azərbaycanın DİN tərəfindən SalamNews informasiya …