Azərbaycanlı Tiflis bəyzadəsi Əlimərdan bəy Topçubaşov… (1865-1934)

GADTB: Haqqında ilk tərcümeyi-hal məlumatına “Ziyayi-Qafqasiyyə”qəzetinin 26.06.1884-cü il tarixli 11-ci nömrəsində rast gəlirik.

O, Zaqafqaziya Müəllimlər Seminariyasını bitiribmi?

Bəlkə də haqqında söz açdığım xəbər Əlimərdan bəy Topçubaşov haqqında mətbuatda verilən ilk xəbərdir.Hər halda bu xəbərin Əlimərdan bəy Topçubaşov Ensiklopediyasının yeni, daha mükəmməl nəşrlərində görünməsi, tədqiqatçıların diqqətinin bu fakta cəlb olunması çoxları üçün maraqlı görünəcəkdir.

Tiflisdə Azərbaycan dilində nəşr olunan “Ziyayi-Qafqasiyyə”qəzetinin 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində dərc olunmuş bir yazını dəyişdirmədən, olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Qori Darülmüəllimün Məktəbinin şagirdlərinə bu ildə (1884-cü ildə-N.N.) imtahanın nəticəsi bu olubdur ki, 35 nəfər şagirdlər çox əla imtahan dutub, cümləsinə (attestat) şəhadətnamə verilübdür.Bunlardan 13-ü rusdur,7-si gürcüdür,4-ü polyakdır və 1 yəhudidir,… və bir ğreqdir və 2 dəxi islamdır. Bu islamlardan biri Şuşa şəhrinin bəyzadələrindən Nəsrulla vəy Tahirovdur və biri dəxi Tiflis bəyzadələrindən ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVDUR”

Yeri gəlmişkən qeyd edəki, məzkur, adı çəkilən informasiya xarakterli xəbər “Ziyayi-Qafqasiyyə” qəzetinin sonuncu nömrəsindəndir.Bu nömrədən sonra “Ziyayi-Qafqasiyyə bir daha oxucularln görüşünə gəlməyib”.

Maraqlı burasındadır ki, Ə.M.Topçubaşov haqqında elmi tədqiqat işi yazanların hamısı onun 1884-cü ildə Tiflis Gimnaziyasını qurtardığınıdan söz açır.

“Ziyayi-Qazfqasiyyə” qəzetinin naşiri və sahibi -imtiyazı Səid Əfəndi Ünsizadə dövrünün savadlı adamlarından biri idi. O, təbii ki, gimnaziya ilə seminariyanı fərqləndirməyi bacarırdı. S.Ünsizadənin pedaqoji yazılarında da , redaktoru və naşiri olduğu qəzetdə Ezop manerası ilə çap etdirdiyi xəbərlərdə də bu fərqləndirmə aydın görünür.

Biz hələ də narahat edən bu məsələni aydınlaşdırmaq üçün bir çox mənbəələrə müraciət etdik. Bu barədə ilk dəfə Taleh Həmidovun başçılıq etdiyi “Yeni fikir” qəzetinin 24 iyul 1991-ci il tarixli 29-cu nömrəsində oxucuları fikir mübadiləsinə çağırmışdıq. Təəssüf ki, o vaxt oxucular və onların ən operativ nümayəndələrindən olan pedaqoji fikir tarixçiləri

Ə.M.Topçubaşovun 1884-cü ildə Tiflis Gimnaziyasını, yoxsa Qori Müəllimlər Seminariyasını bitirməsi haqqına faktlara əsaslanan fikir söyləyən olmadı.

Hər halda fakt olan yerdə xatirələrə üstünlük vermirlər.

Sonralar bu məsələyə dəfələrlə qayıtsaq da,köhnə havadan təzə havaya keçən olmadı

İnanıram ki, tarixi faktların təsdiqi üçün Ə.M.Topçubaşov irsini sistemli şəkildə öyrənmək istəyənlər bu barədə tutarlı söz deyəcəklər.

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

türkoloq.

Bakı,11.12.2018.

Ədəbiyyat siyahısı

1.”Ziyayi-Qafqasiyyə” qəzeti.N 11, 26.06.1884.

2.Tiflis Gimnaziyası,yoxsa Qori Müəllimlər Seminariyası.”Yeni fikir” qəzeti,N 29, 21 iyul 1991.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın