GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveçrənin Cenevrə şəhərində Dağlıq Qarabağ ilə bağlı bilbordlar sərgilənib.
Üzərində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ ilə bağlı 4 qətnaməsini əks etdirən bilbordlar bütün şəhər boyu asılıb.
Məlumata görə, aksiyanın təşəbbüsçüsü İsveçrədə yaşayan əslən azərbaycanlı sahibkarlar və müxtəlif peşə sahibləridir.