Çərşənbə axşamı , Mart 10 2026
azfa

Azərbaycanlılar Gürcüstanda etiraz aksiyasına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunun Alget ərazi bilriyinə daxil olan Alget, Sabirkənd, Təzəkənd və Əzizkənd sakinləri etiraz aksiyası keçiriblər.

Etirazçılar Alget kəndi ərazisindən keçən mərkəzi avtomobil yolunu bağlayıblar.

Aksiyaçılar bir neçə kəndə marşrut avtobuslarının hərəkət qrafikindən şikayət ediblər. Kənd sakinləri avtobusların hərəkət qrafikinin onların tələblərinə uyğun olmadığını bildiriblər.

Etirazçıların sözlərinə görə, qüvvədə olan qrafik üzrə hərəkət edən avtobuslarda böyük sıxlıq yaranır və bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.

Kənd sakinlərinin etiraz etdiyi digər məsələ ağır yük maşınlarının kəndin mərkəzi yolu ilə hərəkət etməsi nəticəsində yolun yararsız hala düşməsi ilə bağlı olub.

Hadisə yerinə gələn Marneuli rayon bələdiyyəsinin nümayəndələri sakinləri narahat edən məsələlərlə bağlı rayon rəhbərliyi tərəfindən lazımi addımların atılacağına söz veriblər. Bundan sonra kənd sakinləri bağladıqları yolu açıblar.

Həmçinin yoxlayın

İsrail İranda öldürülməsi planlaşdırılan şəxslərin siyahısını yaydı

GADTB: İsrailin “Kanal 14” telekanalı hazırda İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını yayıb. Siyahıda yeni …

Türkiyə raket atdığına görə İrana xəbərdarlıq etdi

GADTB: Bu gün Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin direktoru Bürhanəddin Duran “X” hesabında İrandan atılan …

Bir cavab yazın