Cümə axşamı , İyul 30 2026
azfa

İrqçi fars rejim hicaba görə 3 qadına 55 il həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim hicabla bağlı 3 qadına 55 il həbs cəzası verdi

Müjqan Keşavərz, Münirə Ərəbşahi və Yasəmən Aryani məcburi hicaba etiraz etdikləri üçün üst-üstə 55 il həbs cəzasına məhkum ediliblər.

Münirə Ərəbşahi və Yasəmən Aryaninin vəkili Əmir Rəisianın yerli media orqanlarından birinə dediklərinə əsasən, əgər məhkəmənin çıxardığı hökm qəti olsa, o zaman onlar ayrı-ayrılıqda 10 il məhkumluq həyatı yaşamağa məcbur olacaqlar.

Müjqan Keşavərzin vəkili Məhəmməd Moqimi ona qarşı çıxarılmış 15 illik həbs hökmünün qəti olmadığını və müvəkkilinin apelyasiya şikayəti verəcəyini deyib.

Yerli mətbuatın məlumatına görə, məhkəmə vəkillər olmadan, yalnız müttəhimlərin iştirakıyla keçirib.

Məhkəmə bu 3 xanıma qarşı “milli təhlükəsizlik əleyhinə toplaşma və çalışma”, “dövlət əleyhinə təbliğ” və “əxlaqsızlığa təşviq etmə” kimi ittihamlar irəli sürülüb. Müjqan Keşavərzə qarşı elan edilmiş ittihamlar içərisində “müqəddəsləri təhqir etmə” də nəzərə çarpır.

Vəkillər bildirirlər ki, xanımlar yalnız icrabi hicaba etiraz ediblər və onlara qarşı elan edilən digər ittihamlar əsassızdır. Eləcə də, istər ibtidai istintaq dövründə, istərsə də məhkəmədə vəkillərin fəaliyyətinə icazə verilməyib.

Həmçinin yoxlayın

Netanyahu: Fikrimcə İslam Respublikası rejimi sonda süqut edəcək

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

“Urmiya Aşıq Məktəbi” kitabı nəşr olunub

GADTB: Urmiyalı tədqiqatçı və mədəni fəal Əli Ardı (Orman) tərəfindən toplanıb hazırlanmış “Urmiya Aşıq Məktəbi” …

Bir cavab yazın