Cümə axşamı , Fevral 12 2026
azfa

Azərbaycanlıların etirazı nəticəsində antitürk komandanın təbliğat banneri yığışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Xoy şəhərində azərbaycanlı fəalların etirazı nəticəsində irqçi farsların Perspolis futbol komandasının təbliğat banneri bu şəhərdən yığışdırıldı.

Xoy şəhərinin azərbaycanlı fəalları etiraz edərək, bu şəhərin aidiyyəti məsullarına xəbərdarlı etmişlər ki, türkləri təhqir edən komandanın təbliğat bannerinin bu şəhərdən asılmasına icazə verməyəcəklər. Etirazlarla əlaqədar banner şəhərdən asılandan bir gün sonra şəhər məsulları onu yığışdırmağa məcbur olublar.

Qeyd edək ki, irqçi farsların komandası olan Perspolisin Xoy şəhərində quraşdırılan təbliğat banneri “Perspolisə tərəfdarlı simkartını” təbliğ edirdi.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın