Cümə axşamı , May 15 2025
azfa

Azərbaycanlıların soyqırım günündə ermənilər təxribata hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni diasporu qondarma Qarabağ rejiminin tanıdılması istiqamətində siyasi təxribatları ilə yanaşı, mədəni təxribatlarını da davam etdirir. Daha bir təxribat isə İspaniyanın Barselona şəhərindən gəlib.

Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

“Erməni diasporu mart ayının 31-də qondarma “artsax” adı altında Barselona şəhərində konsert təşkil edəcək. Bu, erməni diasporunun təxribatıdır. Məqsəd ispan cəmiyyətini çaşdırmaq və diqqəti qondarma rejimə yönəltməkdir”, – o bildirib.

Belə bir tədbirin isə martın 31-də keçirilməsi təsadüf sayılan bilməz. Ermənilərin Azərbaycana qarşı növbəti təxribatının 31 mart Azərbaycanlıların Soyqırım Günündə keçirilməsi onların çirkin niyyətlərini bir daha nümayiş etdirir.

 

Həmçinin yoxlayın

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …

Bir cavab yazın