Cümə , Aprel 19 2024
azfa

Azərbaycan Aşıqlar Birliyinin növbəti layihəsinin təqdimatı oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 7-də Rəşid Behbudov adına Az’rbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Aşıqlar Birliyinin “Koroğlu havaları” – vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli mədəni dəyərlər” layihəsi əsasında hazırlanmış diskin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan mədəniyyətində xüsusi yer tutan aşıq sənətinin qorunması və inkişafı hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və digər dövlət orqanları, ictimai təşkilatlar bu sahənin inkişafı üçün məqsədyönlü işlər görüblər. İctimaiyyətə təqdim olunan disk (CD) görülən işlərin davamı kimi qiymətləndirilməlidir.

Məhərrəm Qasımlı qeyd edib ki, layihə çərçivəsində “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilib müzakirə olunmaqla yanaşı, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədəuyğun hesab edilib.

Layihənin icrası nəticəsində Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” saz folklor qrupunun ifasında lentə yazılmış on beşdən çox “Koroğlu” havası aşıq sənətini sevənlərin diqqətinə təqdim edilib. Bu havaların mətnləri milli dövlətçilik düşüncəsinin, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir. Diskin hazırlanmasında 50-dək aşıq, balaban, qaval və saz ifaçıları iştirak edib.

“Şübhəsiz ki, buraya hamı Koroğlu ovqatı və havası ilə toplaşıb. Koroğlu ovqatı milli kimliyin, milli dövlətçilik duyğusunun və hərbi vətənpərvərlik ruhunun ən gözəl ifadəsidir. Ozan aşıq mədəniyyəti bunun ən böyük daşıyıcısıdr. Ozan aşıq mədəniyyəti Dədə Qorquddan bu günədək milli ruhun çiçəklənməsinə xidmət edib. Bu diski ərsəyə gətirməkdə məqsədimiz o idi ki, Koroğlu havalarını unudulmağa qoymayaq. Diskdə 16 aşıq havası yer alıb. Hələ bundan təxminən iki dəfə çox aşıq havaları var ki, onları da yaxın vaxtlarda bərpa edib cəmiyyətə təqdim edəcəyik. Aşıqlar Birliyi müvafiq istiqamətdə bir çox işlər görür. Mədəniyyət Nazirliyi də bu yöndə bizə kömək edir. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanitar mədəniyyət strategiyasının gerçəkləşməsində bu addımlar bizə olduqca lazımdır. Prezident İlham Əliyevin “Aşıq sənəti bizim milli sənətimizdir və milli sərvətimizdir” ifadəsi bizə ruh verir. Birinci vitse-prezident Mehriban Əliyevanın da aşıq sənətinin inkişafına göstərdiyi dəstək danılmazdır. Onun səyləri nəticəsində Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”, – deyə M.Qasımlı söyləyib.

Tədbir tanınmış aşıqların ifasında konsert proqramı ilə davam edib.

Qeyd edək ki, layihənin rəhbərləri Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, birliyin üzvləri Musa Nəbioğlu və Altay Məmmədlidir.

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın