Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycan Ermənistan və Fransada Azərbaycanla Türkiyə bayraqlarının yandırılmasını pisləyir

GADTB: ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi istiqamətində rəsmi İrəvandan müvafiq addımların atılması gözlənilir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur. Eyni zamanda, Ceyhun Bayramov qeyd edib ki, Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır: “Revanşist meyillər demişkən, bu günlərdə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə təəssüf ki, dünən Fransada da baş verib. Adları çəkilən ölkələrin müvafiq strukturları başqa bir ölkənin atributlarının yandırılmasını cinayət əməli kimi qiymətləndirmək üçün ciddi addımlar atmalıdır. Bizim gözləntimiz bundan ibarətdir”.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …