Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycan fəallarına qarşı icra ediləcək həbs qərarı müəyyənləşdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Evin zindanında həbsdə saxlanılan azərbaycan fəallar “Araz Aman Zeynabad”, “Ayaz Seyfxah” və “Baqır Hacızadə”, 19 feral 2025-ci ildə Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsindən qəbul etdikləri bildirişdə, verilən hökmün İslam Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən, hər birinin 8-9-8 il arasında cəzalarının icra olunacağı bildirilmişdir.

Hökmün bir hissəsində, təqsirləndirilən şəxslərin “casusluq” və “cinayət törətmək məqsədilə toplaşma və anlaşma” ittihamları ilə 2022 tarixindən indiyədək saxlanıldığından, bu müddətlərin cəza müddətindən çıxarılacağı qeyd olunub.

Azərbaycanlı fəallar, 29 yanvar 2024-ci il tarixində molla rejimin qüvvələri tərəfindən həbs edildikdən sonra, ETTELAAT qurumlarının müdaxiləsi və məhkəmə orqanlarının əngəlləri səbəbilə heç bir şəkildə müvəqqəti azadlıq əldə edə bilməmiş və hələ də həbsdə qalmaqdadırlar.

Son günlərdə Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi, Azərbaycan fəallarının apellyasiya müraciətini rədd edərək, onların həbs qərarı olduğu kimi qüvvədə saxlanılıb.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …