Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimi Müctəba Əbdulini Beynəlxalq Ana Dili Günündə türkcə kitablar payladığı üçün həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin SEPAH qüvvələri Ucan şəhərindən olan azərbaycanlı mədəni fəal Müctəba Əbdulini 22 fevral tarixində həbs ediblər.

Müctəba Əbduli fevralin 21-də Beynəlxalq Ana Dili Gününə təsadüf edən türkcə kitablar paylağına görə həbs edilib. Onun vəziyyəti ilə bağlı hələlik heç bir xəbər yoxdur.

Azərbaycanlı türk fəalın ailəsi həbs olunduqdan sonra məhkəmə və təhlükəsizlik qurumlarına müraciət etsə də, onun harada olması və vəziyyəti ilə bağlı hələ də dəqiq cavab almayıb.

Qeyd edək ki, bir neçə gün öncə də İranın ETTELAAT qüvvələri Marağada Beynəlxalq Ana Dili Günündə türkcə kitablar yaydığına görə digər azərbaycanlı türk fəal Məhəmməd Əsədi həbs etmişdilər.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …