Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycan Prezidenti İranın Azərbaycana qarşı cinayət törətmiş 20 nəfəri Bakıya təhvil vermədiyini dedi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Cinayət əməllərində birbaşa iştiraklarına dair sübutlar olan bəzi azərbaycanlılar İranda sığınacaq tapıb.

Bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda iştirak edən iranlı ekspertin iddialarına cavabında bildirib.

Dövlət başçısı qeyd edib ki, həmin şəxslər Azərbaycana qarşı normal cəmiyyətlərdə uyğun hesab edilməyən ifadələr işlətməklə yanaşı, Azərbaycana qarşı ərazi iddiaları irəli sürməkdən də çəkinmirlər və İran həmin şəxsləri rəsmi müraciətə baxmayaraq, Azərbaycana təhvil vermir:

“İranda sığınacaq tapan bir çox insan var ki, müntəzəm olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirirlər. Aktauda Xəzəryanı ölkələrin sammiti vaxtı ozamankı Prezident Həsən Ruhani ilə görüşdə mən ona İranda yaşayan və müntəzəm olaraq media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı sadəcə ərazi iddiaları irəli sürməklə kifayətlənməyib, normal cəmiyyətlərdə uyğun hesab edilməyən lüğətdən istifadə edən təxminən 20 azərbaycanlıdan ibarət siyahını verdim. Biz bu insanların Gəncə şəhərində polislərə ölümcül hücumda birbaşa iştiraklarına görə Azərbaycana təhvil verilmələrini tələb etdik və bizim sübutlarımız var. Təəssüf ki, onların heç biri təhvil verilməyib”

Həmçinin yoxlayın

Turkish Airlines, AJet və Pegasus İrana giriş-çıxış uçuşlarını ləğv edib

GADTB: “İ24NEWS” çərşənbə axşamı, 22 sentyabr 2026-də məlumat yayıb ki, Turkish Airlines, AJet və Pegasus …

Təbrizdə “Global” işi üzrə zərərçəkənlərin etiraz aksiyası davam edir – Video

GADTB: “Global” adı ilə tanınan iş üzrə bir qrup zərərçəkən dünən, 21 sentyabr 2026, Təbrizdə …