Bazar ertəsi , Oktyabr 19 2026
azfa

GADTB-nin Azərbaycan Milli Hökuməti tarixinin araşdırıcısı, azərbaycanlı alim Əkrəm Rəhimlinin vəfatı münasibətilə başsağlığı mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan Milli Elmlər Akademiyasının alimi, Azərbaycan Milli Hökuməti tarixinin araşdırıcısı, güneli alim Əkrəm müəllim Rəhimlinin vəfatı münasibətilə başsağlığı mesajı yayıb.

GADTB-nin başsağlığı mesajının bir hissəsində deyilir: “Əslən Güney Azərbaycanın Mərənd şəhərindən olan, Azərbaycan Milli Hökuməti və onun banisi Seyid Cəfər Pişəvərinin həyatı və yaradıcılığının araşdırıcılarından olan dəyərli alim Əkrəm Rəhim oğlu Bije vəfat etmişdir. Azərbaycan Milli Hökuməti və ümumiyyətlə Güney Azərbaycanın müasir tarixinə dair çoxsaylı əsərlərin müəllifi olan Əkrəm Rəhimlinin vəfatı o taylı- bu taylı Azərbaycanın elminə böyük itkidir.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Əkrəm Rəhimlinin vəfatını Quzey və Güney Azərbaycan üçün böyük itki hesab edib  və bu münasibətlə Əkrəm müəllim Rəhimlinin ailəsi, yaxınları və məsləkdaşlarına dərin hüznlə başsağlığı verir.

Ruhu şad olsun!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …