Bazar ertəsi , Yanvar 13 2025
azfa

Azərbaycan Qafqazın ən güclü ölkəsidir

GADTB: Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib.

Reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb.

2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub.

Azərbaycan siyahıda 60-cı yeri tutub. Ermənistan 91-ci, Gürcüstan 94-cü yerdədir. Türkiyə reytinqdə 9-cu, Ukrayna isə 20-ci yeri tutub.

Türk dünyası ölkələrindən Qazaxıstan 57-ci, Özbəkistan 58-ci, Türkmənistan 77-ci, Qırğızıstan 105-ci yerdədir.

Həmçinin yoxlayın

Molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Avropa ölkələri ilə qapalı danışıqlar …

Azərbaycanlı fəal ekoloji problemi ictimailəşdirdiyi üçün prokurorluğa çağırılıb

GADTB: Güney Azərbaycanın Marağa şəhərində “Kave Soda” şüşə zavodunun ətraf mühiti çirkləndirməsi ilə bağlı məsələni …