Cümə axşamı , Aprel 18 2024
azfa

Azərbaycan Respublikasın milli himninin dəyişdirilməsi təklifinə etirazlar davam edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasın milli himninin dəyişdirilməsi təklifinə etirazlar davam edir. Akademik, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva himnin dəyişdirilməsinə etiraz edərək deyib ki, Üzeyir Hacıbəyovla Əhməd Cavadın ruhu bizlərdən inciyər.

O, qeyd edib ki, hazırkı himn hər bir azərbaycanlının artıq gen yaddaşında özünə möhkəm yer edib, o, bizə əzizdir, doğmadır, ruhumuzu oxşayır, qəlbimizi riqqətə gətirir, duygulandırır, fəxarət hissi aşılayır, vətən sevgisini bir daha alovlandırır, gücləndirir, sevgili vətən üçün hər an canımızı belə qurban verməyə hazır olmağa çağırır:

“Bir sözlə, insan hisslərinin ən alisini-vətən eşqini göylərə qaldırır, hamımıza,ilk növbədə gənc nəsillərə aşılayır. Şair demişkən, “Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib  heçdir vətənsiz can, Azərbaycan!”(Şəhriyar).

İkincisi, himnimizin musiqisi dahi Üzeyir Hacıbəyova məxsusdur və çətin ki, ondan güclü bəstəkarımız tapıla. Sözləri isə Əhməd Cavada-repressiya illərində gullələnmiş şairimizə aiddir. Hər ikisinin ruhu bizlərdən inciyər.

Üçüncüsü, bu himn AXC, Xalq Cümhuriyyəti yadigarıdır.

AXC isə bizim şərəf tariximizdir, fəxrimizdir, şan-şöhrətimizdir.

Bu il onun 100 illiyini böyük coşqu ilə qeyd edirik. Cümhuriyyət və onun qurucuları  haqda yeni yeni faktlar, materiallar üzə çıxır”.

Baxşəliyevanın sözlərinə görə, bu insanların əksəriyyətinin sonrakı həyatları, taleləri faciəvi olub, ya güllələniblər, ya sürgün ediliblər, ya da tərki-vətən olublar:

“Ailələri minbir məhrumiyyət görüblər. Belədə, düşünürəm ki,himnimizin dəyişdirilməsi bir növ xəyanət olar-tariximizə,cümhuriyyətimizə və onu quran o böyük kişilərə, bir sözlə, bizim üçün müqəddəs olan ən ali,ülvi ideallarımıza.

Bir də ki, əgər indiki Azərbaycan AXC-nin hüquqi varisidirsə, himni də bayrağı kimi dəyişdirilməməlidir”.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın