Çərşənbə , Oktyabr 28 2026
azfa

Azərbaycan Respublikasının Beynəlxalq Hava Limanında”ASAN Viza” fəaliyyətə başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gündən “ASAN Viza” özünəxidmət terminalları vasitəsi ilə Azərbaycan Respublikasının Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.

“ASAN Viza vasitəsi ilə hava limanında 15 ölkənin – Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək.

Quraşdırılmış “ASAN Viza” özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.

“ASAN Viza” portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla – 7 dildə fəaliyyət göstərir.

Özünəxidmət terminalları ilə yanaşı 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da Azərbaycan Respublikasına gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərəcək.

Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunacaq.

Hazırda “ASAN Viza” portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsi ilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsi ilə həyata keçirilir.

 

Həmçinin yoxlayın

“Wall Street Journal” yaxın günlərdə şiddətli, lakin qısamüddətli müharibənin başlaya biləcəyinə dair əlamətlər açıqlayıb

GADTB: “Wall Street Journal” qəzeti ABŞ və İsrail ordularının İrana qarşı yeni hücum dalğasına hazırlaşdığını …

Azərbaycanlı tələbə Günəş Fateh bir aylıq həbsdən sonra 6 milyard tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

GADTB: Sulduzdan olan 21 yaşlı azərbaycanlı tələbə, Urmiya sakini Günəş Fateh təxminən bir aylıq həbs …

Bir cavab yazın