Şənbə , İyun 22 2024
azfa

Azərbaycan tarixini məhv edənlər; Təhrif və müsadirə siyasətinin yüz illik hesabatı

GADTB: Tanınmış azərbaycanlı sənədli film rezissoru Məhəmməd Əlimuradi Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində yerləşən Suğurlu kompleksində “Güney Azərbaycanın tarixi sivilizasiyasını dağıdanlar” adlı videoçarxında İranda Azərbaycan türklərinin kimliyinin və mənəvi sərvətlərinin məhv edilməsindən danışıb.

Məlumata görə, o, bir neçə gün öncə “İnstagram” hesabında paylaşdığı videoda İranda türk adlarının dəyişdirilməsini, təhrif edilməsini və türklərin kimliyinin yox edilməsi üçün atılan addımlara diqqət çəkib. Kinorejissor Suğurlu (Təxti Süleyman) Beynəlxalq Kompleksinin necə dağıdıldını da ictimailəşdirib.

Məhəmməd Əlimuradi videoçarxda xüsusilə olaraq bildirib: “İran hökuməti dilimizi və kimliyimizi öz adları ilə sənədləşdirib və fars-ari tarix yaratma layihəsi ilə oynayıb”.

Əlimuradi daha sonra əlavə edir: “Onlar bizim dilimizi və kimliyimizi öz adlarına sənədləşdirdilər və fars-ari tarix yaratma layihəsinə davam etdilər.” Videonun sonunda bu azərbaycanlı sənədli film rejissoru Seyid Murtəza Hüseyninin “Üç göl, bir beşik: Azərbaycanda dəmir dövrünün əvvəlindən sonuna qədər sivilizasiya tarixi” kitabına da istinad edir ki, bu kitabda müəllif burada Suğurluq kompleksi ilə bağlı gizli tarixi faktları ortaya qoyur.

Video:

https://t.me/GADTB1/35631

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …