Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycan Türkiyənin istehsal etdiyi hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemləri alır

GADTB: Türkiyənin “ASELSAN” şirkətinin istehsalı olan “HERİKKS” hava hücumundan müdafiə üzrə xəbərdarlıq sistemlərinin Azərbaycana verilməsi üçün danışıqlar aparılır.

Bu barədə V “ADEX-2024” sərgisində məlumat verilib.

Bildirilib ki, hazırda bu sistemlər Kəlbəcər ərazisində, 3336 metr hündürlükdə quraşdırılaraq, istismara verilib.

Hazırda sınağı həyata keçirilən sistemlər Bakıdakı V “ADEX-2024” sərgisində nümayişə çıxarılıb.

Qeyd edək ki, bu sistemlər radarların qeydə aldığı məlumatları komanda məntəqəsinə sürətli ötürülməsi, silahın hədəfi istər manual, istərsə də avtomatik şəkildə aşkarlanması, qoşun növlərinin hərəkətinin izlənilməsi, müxtəlif növlərdəki radar sistemlərinə inteqrasiya, habelə hərəkətli formada fəaliyyət qabiliyyətlərinə malikdir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …