Şənbə , İyul 11 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəalın sağlıq durumu ağırdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Ərdəbil şəhərinin həbsxanasında həbsdə saxladığı 77 yaşlı vəkil və milli hərəkat fəalı Pərviz Siyabi Gürcani müxtəlif xəstəliklərdən əziyyət çəksə də, onun müalicəsinə icazə verilmir.

Həkimlər Pərviz Siyabinin yaşının çox olması və müxtəlif xəstəliklərdən əziyyət çəkdiyinə görə, onun 6 illik həbs cəzasından azad edilməsi və ya ev həbsinə buraxılması ilə bağlı rəy veriblər.

Buna baxmayaraq, məhkəmə və zindan rəhbərliyi bununla razılaşmayıb və fəalın həyatının təhlükədə olmasına əhəmiyyət vermirlər.

Pərviz Siyabinin vəziyyətinin ağır olması ilə bağlı Tibbi Eksoertiza Mərkəzinin həkimləri də arayış veriblər. Ancaq 77 yaşlı milli fəal həbsxanada olan sexlərdən birinin anbarında işlədilir.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. 

Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Pərviz Siyabi mədəni fəaliyyətlərində görə 2022-ci ilin noyabr ayında saxlanılmış və məhkum olduğu 6 illik həbs müddəyini çəkmək üçün Ərdəbil zindanının 16-cı bölməsinə köçürülmüşdü.

Həmçinin yoxlayın

İraq, Suriya və ABŞ Aralıq dənizi boru kəmərinin bərpası və Hörmüz boğazından asılılığın azaldılması ilə bağlı yeni təşəbbüs irəli sürdülər

GADTB: Məlumatlara əsasən, İraq, Suriya və Amerika Birləşmiş Ştatları Kərkük–Baniyas neft kəmərinin bərpasına dair razılaşmanın …

Müctəba Xameneyiyə aid edilən məktubda o, atasının qisasının alınacağı bəyan edilib

GADTB: İranın mövcud olması barədə sübut olmayan yeni rəhbəri Müctəba Xameneyinin Əli Xameneyinin vida mərasimindən …