Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycan türklərini təhqir edən İran qəzetinin idman bölməsi Tirəxturun sahibini təhqir etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dəfələrlə Azərbaycan türklərini təhqir edən İran qəzetinin idman bölməsi olan “İrane vərzeşi” qəzeti Güney Azərbaycanın Tirəxtur futbol komandasının sahibi Zunuzunu təhqir etdi.

Azərbaycanın uğurlarına dözə bilməyən irqçi və işğalçı fars rejimin rəsmi orqanı Güney Azərbaycanın Tirəxtur futbol komandasının Xuzistanın İstiqlal futbol komandasına çoxsaylı qolla qalib gəldikdən sonra Tirəxtur komandası və onun sahibi Zunuzunu hədəf alaraq, təhqir etmiş, onu futboldan başı çıxmayan nadan adlandırmışdır. Qəzet onu yalnız gəlir üçün Tirəxtur komandasını aldığını və tezliklə həbsxanadan baş çıxaracağını yazdı.

İrqçi fars rejimin rəsmi idman qəzeti olan “İrane vərzeşi” qəzeti Səid Aqai adlı şəxsin imzası ilə “Tirəxtur, heç nə üçün hay-küy, su üzərində ev” başlıqlı yazıda Tirəxtur komandasının sahibinə nadan adlandırmış və məğlubiyyətlə hədələmişdir.

Tirəxturun yeni qələbəsindən sonra yazılan  həmin məqalənin bir hissəsində yazılıb: “Bu yeni nümunə Tirəxtura və onun avanturist sahibinə yol göstərən çıraq kimi hesab edilə bilərdi. Lakin o çırağı söndürüb  və həmin istiqamətdə şıltaqlıq etməyə üstünlük verdi. Heç nə üçün ağır xərc ödəyəcək. Şan-şöhrət hərisi olan multimilyarder Zunuzunun seçdiyi yol onu bədnam edəcək və ona məğlubiyyətdən başqa heç nə qazandırmayacaq”.

Qeyd edək ki, İran qəzeti 2006-cı ildə də Azərbaycan türklərini təhqir etmiş və Güney Azərbaycanda kütləvi qiyama səbəb olmuşdur. Həmin qiyamda çoxsaylı azərbaycanlı fəal rejim tərəfindən şəhid edilmişdir.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …

Bir cavab yazın