Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə etdilər

GADTB: Sentyabrın 10-da Batumi şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani arasında ikitərəfli görüş keçirilib. Bu barədə Azərbaycan MN-in məlumatında deyilir.

Məlumata görə, hər iki ölkə nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə cənab İrakli Çikovani qonaqları salamlayaraq, Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığını xüsusi vurğulayıb.

Qonşu və qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik Zakir Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələrimizin dadavamlı olaraq inkişaf etdiyini qeyd edib.

Azərbaycanın müdafiə naziri bidirib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın perspektivlərindən danışılıb, həmçinin birgə təlimlərin intensivliyinin artırılması barədə ətraflı fikir mübadiləsi aparılıb. Ölkələrin beynəlxalq səviyyədə qəbul olunmuş ərazi bütövlüyünün dəstəkləndiyi diqqətə çatdırılıb.

Sonra tərəflər regionda sülhün və təhlükəsizliyin təmin olunması, hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın yeni perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …