Cümə , Noyabr 27 2026
azfa

Molla rejimi azərbaycanlı fəalı müdafiə etmiş vəkili sorğu-suala tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəal və keçmiş siyasi məhbus Salar Tahir Əfşarı müdafiə etmiş vəkil Fərzin Rüstəmi molla rejimin ETTELAAT məmurları tərəfindən sorğu-suala tutulub.

İranın ETTELAAT İdarəsinin əməkdaşları sentyabrın 7-də azərbaycanlı hüquqşünasa zəng edib və onu idarəyə çağırıblar.

Sentyabrın 8-də idarəyə gedən Fərzin Rüstəmi bir neçə saatlığına saxlanılıb və sorğu-suala tutulub.

Rejimin ETTELAAT məmurları hüquqşünası azərbaycanlı fəal Salar Tahir Əfşara maddi dəstək göstərməkdə günahlandırıb, məsələni siyasiləşdirməyə cəhd ediblər.

Həmçinin yoxlayın

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …

İran rejiminin etirazçıların yatırılmasında istifadə etdiyi qüvvə olan Bəsic bir milyon nəfərə hərbi təlim keçir

GADTB: Etirazçıların küçələrdə yatırılmasında rol oynayan Bəsic qüvvələri İranın müxtəlif bölgələrində bir milyon nəfərə hərbi …