Cümə axşamı , İyul 16 2026
azfa

Azərbaycan Xarici İşlər Nazirliyi İrana Nota verdi

GADTB: Bu gün İran ərazisindən Naxçıvana dron hücumları həyata keçirilib. Bununla bağlı, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib ki, hadisə zamanı bir dron Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib və iki nəfər mülki şəxs xəsarət alıb.

Azərbaycan XİN vurğulayıb ki, bu hücum beynəlxalq hüquqa ziddir və regionda gərginliyi artırır. XİN İranın Azərbaycandakı səfirini çağıraraq kəskin etiraz notası təqdim edib və məsələyə aydınlıq gətirilməsini tələb edib.

Azərbaycan tərəfi gələcəkdə oxşar halların qarşısının alınması üçün zəruri tədbirlər görmək və cavab haqqını saxlayır.

İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edilib ki, İran tərəfinə kəskin etiraz bildirilərək, müvafiq etiraz notası təqdim ediləcək.

Xatırladaq ki, İran ərazisindən Naxçıvana dron hücumları həyata keçirilib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Həmçinin yoxlayın

ABŞ-nin hücumlarında ölənlərin sayını açıqlandı

GADTB: İran Səhiyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Hüseyn Kermanpur bildirib ki, son bir gündə …

Tramp: İran İslam Respublikası rəsmiləri 47 il ərzində hamını aldada biliblər

GADTB: ABŞ Prezidenti Donald Tramp Foks Nyus telekanalına müsahibəsində “İŞİD-i məhv etdiyiniz kimi, Sepahı da …