Çərşənbə , Noyabr 11 2026
azfa

Türkiyə PJAK terror təşkilatının İrana hücumunu diqqətdə saxladığını deyir

GADTB: PJAK terror təşkilatı kimi etnik separatizmi qızışdıran təşkilatların fəaliyyəti təkcə İranın təhlükəsizliyinə deyil, həm də regionun ümumi sülhünə və sabitliyinə mənfi təsir göstərir. Biz PJAK-ın İrandakı fəaliyyətini və regiondakı hərəkətlərini dövlətimizin müvafiq qurumları ilə koordinasiyalı şəkildə yaxından izləyirik. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

“İsrail və ABŞ-ın İrana hücumları ilə başlayan və İranın üçüncü ölkələri hədəf alması ilə daha da şiddətlənən münaqişələri yaxından izləyirik. Ümid edirik ki, günahsız mülki şəxslərin həyatını, həmçinin bölgəmizin sülh və sabitliyini təhdid edən bu münaqişələrə dərhal son qoyulacaq”, – bəyanatda qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl PJAK terrorçularının İrana hücum etdiyi, SEPAH-ın isə terror qruplaşmasına qabaqlayıcı zərbələr endirdiyi barədə məlumat yayılmışdı.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …