Cümə axşamı , Oktyabr 29 2026
azfa

Azərbaycan Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şuşada Milli Azərbaycan Tarixi Muzeyinin Qarabağ tarixi filialının açılması, Xocalıda “Xocalı soyqırımı” muzeyinin yaradılması nəzərdə tutulur.

Bu, AMEA tərəfindən hazırlanan Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı Tədbirlər planında öz əksini tapıb. Tədbirlər planına əsasən, Qarabağ Geoloji Fondu Muzeyi yaradılacaq.

Tədbirlər Planında Azıx mağarası bölgəsində turizmin təşkili üçün infrastrukturun hazırlanması, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının hazırlanması ilə bağlı tədqiqatların aparılması, qoruq və yasaqlıqların bərpası üzrə təkliflərin hazırlanaraq müvafiq qurumlara təqdim edilməsi, Qarabağ Elmi Bölməsinin Bioresurslar İnstitutunun, Qarabağ regionuna aid bitkilərin toplandığı Nəbatat Bağının yaradılması alimlərimizin qarşısına qoyulan vəzifələrdəndir.

Həmçinin Suqovuşan, Xudafərin və Qızqalası su anbarlarının, Oxçuçay, Həkəri və Bərgüşad çaylarının hidrofaunasının tədqiqi, ermənilər tərəfindən talan edilən, saxtalaşdırılan tarixi-mədəni abidələr, muzeylər, onlara daxil olan eksponat və artefaktların sənədləşdirilməsi, zərərgörmüş, dağıdılmış abidə və itmiş əşyalar haqqında məlumatların sistemləşdirilərək nümayiş etdirilməsi, arxeobioloji qalıqların müvafiq analizi də Tədbirlər planında öz əksini tapıb.

Eyni zamanda M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan Xurşidbanu Natəvanın “Gül dəftəri” əlyazmasının UNESKO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsinin, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin vaxtilə Şuşa şəhərində fəaliyyət göstərmiş Xurşidbanu Natəvan adına Qarabağ filialının bərpasının, Arxeologiya və Etnoqrafiya İnstitutunda Qarabağ arxeoloji mərkəzinin yaradılması planlaşdırılır.

Qeyd edək ki, Tədbirlər planı ümumilikdə 2021-2035-ci illəri əhatə edir.

Həmçinin yoxlayın

Mərənddə yeraltı su səviyyəsi 22 metr aşağı düşüb, Şəbüstərin su ehtiyatları kəskin azalıb

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin su ehtiyatları üzrə əsas tədqiqatlar bölməsinin rəhbəri vilayətdə yeraltı …

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

GADTB: Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 103 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət …

Bir cavab yazın