Çərşənbə , İyun 24 2026
azfa

Azərbaycanlı fəal və idmançı Kərim İsmailzadənin sağlıq durumu vəziyyəti pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs edərək Təbriz həbsxanasında saxladığı azərbaycanlı fəal Kərim Esmailzadənin sağlıq vəziyyəti pisləşib.

Boks üzrə bir çox medalların sahibi olan Kərim İsmailzadə İran rejiminin agentləri tərəfindən bu vaxta qədər üzləşdiyi çoxsaylı həbslər və pis rəftar nəticəsində bir çox xəstəlik və fiziki problemlərlə üzləşib.

İsmayılzadə təxminən altı ay əvvəl həbsdən çıxıb. Həbsxanada olduğu müddətdə rejim məmurlarının işgəncələri və etiraz olaraq keçirdiyi aclıq aksiyası nəticəsində ağır xəstəliklər və fiziki problemlərlə üzləşmiş, azadlığa çıxandan sonra isə xeyli arıqlamışdı.

Qeyd edək ki, Kərim İsmailzadə istər azadlıqda, istərsə də həbsdə azərbaycanlılara qarşı ədalətsizliyə qarşı mübarizəni heç vaxt dayandırmayıb və həmişə məzlum xalqının səsi olub. O xüsusilə Araz çayı və Urmu gölünün ekoloji durumu ilə bağlı daim maarifləndirmə işi aparıb və buna görə də daim təzyiqlərlə qarşılaşıb.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə Əbülfəz Elçibəyin anım tədbirində çıxış edib-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Tramp: Tehran Hörmüz boğazından keçən gəmilərdən pul alsa, danışıqlar dərhal başa çatacaq

GADTB: ABŞ prezidenti Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada bildirib ki, İran İslam Respublikası …