Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxunub

GADTB: Azərbaycanda qanunsuz olaraq “Kərimə dövləti” qurmaq niyyətində olan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqında toplanmış sübutlarla təsdiqini tapıb.

Hökmə əsasən Arif Cümşüdov və Anar İsayev 17 il,  Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov və Tərzan Qaraşov hər biri ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, adıçəkilən şəxslərin cinayətkar planları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ifşa edilib. Onlar dövlətə qarşı yönəlmiş cinayət əməllərində ittiham olunaraq həbs ediliblər.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …