Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Doktor Sədiq adına Ərdəbildə Azərbaycanşünaslıq Kitabxanası yaradılır

GADTB: Professor Hüseyn Məhəmmədzadə Sədiqin sağ qalan oğlu Eldar Məhəmmədzadə Sədiq ədəbiyyat, din, fəlsəfə, ilahiyyat, rabitə, iranşünaslıq, azərbaycanşünaslıq və dilçilik sahəsində 20.000 cilddən çox ixtisaslaşdırılmış kitabın olduğu ibarət kitabxanasını iyanə edir.

Eldar Məhəmmədzadə bununla bağlı deyib: “Altmış ildən çox elmi səylə atam ədəbiyyat, din və ilahiyyat, fəlsəfə, rabitə, azərbaycanşünaslıq və dilçiliyin müxtəlif sahələrinə aid 20 mindən çox ixtisaslaşdırılmış kitablar toplusu tərtib etmişdir ki, bunların yarısı fars, digər yarısı müxtəlif türk dilləri, ingilis, rus və ərəbcədir.”

O bu kitab toplusunun təkcə Azərbaycan üçün yox, bölgədəki bütün tədqiqatçılar üçün böyük önəmə sahib olduğunu vurğulayıb. O, kitabxananın rəqəmsal versiyasının yaradılması ilə bağlı planlarının olduğunu bildirib.

“Yaxın vaxtlarda direktorlar şurası formalaşdırılaraq və lazımi icazələr alınmaqla, bu əsərlərin rəqəmsal versiyalarının tədqiqatçıların və maraqlı şəxslərin istifadəsinə verilməsi üçün elektron kitabxana istifadəyə veriləcək.Ərdəbil vilayətinin Xalq Kitabxanalarının Baş direktoru ilə keçirdiyim görüşdə bu kitabxananın Ərdəbil vilayətinə köçürülməsi şərtlərini yazılı şəkildə elan etdim və bu vilayətin mədəniyyət idarələrindən cavab gözləyirəm” – deyə o qeyd edib.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …