Çərşənbə , Aprel 16 2025
azfa

Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib

GADTB: Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib. Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov Güney Azərbaycanın “Traxtur” futbol klubu üçün “Zəfər marşı” bəstələyib.

Bu barədə danışan Xalq artisti “Tarktor” üçün marş yazılmasını akademik Rafael Hüseynovun təklif etdiyini bildirib.

F.Sücəddinovun sözlərinə görə, marş 12 nəfərlik xor tərəfindən ifa olunub:

“Ancaq biz bunu elə formaya salmışıq ki, 60 nəfərlik xorun ifası kimi səslənir. Solo ifa isə Tural Ağasıyevə məxsusdur. Biz bu təşəbbüsü can-başla işlədik, hesab edirik ki, bu marş “Traktor” klubunu daha böyük zəfərlərə aparacaq”.

Qeyd edək ki, İsveçdə nəşr olunan “Tribun” jurnalının son buraxılışı da bütövlükdə “Traktor” futbol klubuna həsr olunub.

Buraxılışda bəhs olunan marşın sözlərinin müəllifi akademik Rafael Hüseynovun geniş məqaləsi də dərc olunub.

Akademik məqalədə “Traktor”un faktiki vəziyyətini möcüzə kimi qiymətləndirib:

“Traktor” möcüzəsi öz fəlsəfəsi etibarilə yalnız Azərbaycan hadisəsi deyil, dərindən düşünülərsə və daha nəhəng müstəvidə götürülərsə, əks-sədası sonralar hələ daha qabarıq duyulacaq, ənənəyə çevrilməli qüvvətli milli xarakter təzahürüdür”.

R.Hüseynov “Traktor”u cəmiyyətin bütün təbəqələri üçün rəmz adlandırıb:

“Fəlsəfəsi etibarilə vahid rəmz – istiqlalın, daxili azadlığın, müstəqilliyin, öz iradəsinin şəriksiz sahibi olmağın, elin, dilin simgəsi; amma “Tıraxtur” həm də bu anlayışların hər birini təcəssüm etdirən bir-birindən sevimli rəmzlər silsiləsidir”.

Zəfər Marşı

Hücuma keç, üstünlüyü al ələ,

Rəqiblərin meydanını dar elə.

Qalibiyyət inamı yay hər kəsə,

Təbrizimlə, Güneyimlə səs-səsə!

Dərsini ver səni zəif bilənin,

Hərdən sənə üstdən baxıb gülənin.

Hamı görsün sən bir yatmış aslansan,

Coşduğunda sən gur selsən, vulkansan!

İrəli qoş, sıranı yar, qol vur, qol,

Milyonlarla qollar qalxsın, fateh ol!

Atdığın top bütün xalqı oyadır,

Sən millətə ruh verənsən, “Tıraxtur”!

Xalqın sənə daim arxa olubdur,

Elə güvən, sən də xalqa arxa dur.

Sən bu xalqın əzmi, eşqi, “Tıraxtur”,

Sən millətin zəfər məşqi “Tıraxtur”!

Həmçinin yoxlayın

TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib

GADTB: Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib. İclasda …

Güney Azərbaycanda təqaüdçülər yenidən etiraz aksiyası keçiriblər

GADTB: Güney Azərbaycanda Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən etiraz aksiyası keçiriblər. Güney Azərbaycanın Təbriz və Bicar …