Cümə , Oktyabr 30 2026
azfa

Azərbaycanın azad etidiyi Suqovuşan yaxınlığında erməni terror təşkilatının anbarı aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğaldan azad edilmiş Suqovuşan yüksəkliklərində yol infrastrukturu işləri və yeni kommunikasiya xətlərinin çəkilməsi üçün ərazini minalardan təmizləyən Azərbaycan Silahlı Qüvvələrinin mühəndis bölmələri bir vaxtlar Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə məxsus olan terrorçu ASALA-nın saxlanc yerini aşkarlayıblar.

Piyada əleyhinə minalanmış ərazidə basdırılmış iki plastik çəlləkdə avtomat tüfənglər, pulemyot, qumbaraatan, süngü bıçaq, ərzaq məhsulları, siqaretlər, səssiz atəş cihazları, rabitə və optik müşahidə cihazları, GPS naviqatoru, zirehli jilet, siqnal tapançası, döyüş sursatları, həmçinin sadalanan silahlar üçün daraqlar və müxtəlif məqsədli patron qutular aşkarlanıb.

Kamuflyaj toru ilə örtülmüş anbarda olan çəlləklərin birində ASALA terror təşkilatının bayrağı və müəyyən miqdarda psixotrop həblər də tapılıb.

Faktla əlaqədar istintaq başladılıb və tapıntılar ekspertizaya göndərilib.

Suqovuşan yaxınlığındakı yüksəklikdəki anbarda tapılanların tam təhlilinə, “Caliber” hərbi-analitik Yutub layihəsinin 17.05.2021 tarixdə saat 12:00-da premyerası olacaq növbəti xüsusi buraxılışında baxa bilərsiniz.

Həmçinin yoxlayın

Qərb kəşfiyyatı İrandan gələn terror təhlükəsindən narahatdır

GADTB: Fransanın “Le Monde” qəzeti və Britaniyanın MI5 kəşfiyyat xidmətinin məlumatına görə, İranın Avropadakı casusluq, …

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …