Şənbə , Oktyabr 3 2026
azfa

Türk ordusu “Pəncə-Şimşək” əməliyyatında 111 PKK terrorçusunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın şimalında terror təşkilatı PKK-ya qarşı keçirilən “Pəncə-Şimşək” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 111-ə çıxıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi açıqlamada İraqın şimalındakı Metina bölgəsində bir terrorçunun “Pəncə-Yıldırım” əməliyyatına qatılan snayperlər tərəfindən zərərsizləşdirildiyi ifadə edilib.

Açıqlamada hücuma hazırlaşan PKK üzvünn gizləndiyi mövqedə vurulması ilə zərərsizləşdirilən terrorçu sayının 111-ə çıxdığı qeyd edilib.

Nazirlik daha əvvəl verdiyi açıqlamada Metinada 3 PKK terrorçusunun Hava Qüvvələri tərəfindən zərərsizləşdirildiyini elan etmişdi.

Həmçinin yoxlayın

46 ölkə İranda müxaliflərin və etirazçıların edamlarının davam etdirilməsini pisləyib

GADTB: Dünyanın 46 ölkəsi BMT İnsan Hüquqları Şurasına birgə bəyanat təqdim edərək İranda edamların davam …

May Sato: İrandakı azərbaycanlılar dil ayrı-seçkiliyi və Urmiya gölü ətrafında ekoloji dağıntıların nəticələri ilə üzləşirlər

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Satou etnik və dini azlıqlara qarşı …