Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanın icazəsi olmadan İranın Qarabağa naməlum yüklər daşıması davam edir- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın icazəsi olmadan İranın Azərbaycan sərhədlərini pozaraq Qarabağda ermənilərə naməlum yüklər göndərməsi davam edir.

Son günlərdə İranın yük maşınları və tankerlərinin Ermənistandan Laçın koridoru vasitəsiə Azərbaycanın icazəsi olmadan Qarabağa daxil olmasını əks etdirən videolar yayılıb.

Bu artıq neçənci dəfədir ki, son bir ayda İran yük maşınları rus sülhməramlıların nəzarətində olan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə icazəsiz daxil olub, ermənilərə naməlum yüklər daşıyırlar.

Hazırda təqdim etdiyimiz son video isə 2021-ci il may ayının 17-də İran yük maşınlarının Ermənistandan Azərbaycanın Dağlıq Qarabağ ərazisinə keçdiyini göstərir.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …