Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Güney Azərbaycanda 1 Xordad qiyamı ilə bağlı bildirişi

GADTB: Regionda ən qədim tarixə malik olan Azərbaycan Şərqlə Qərb türklərini bir-birinə bağlayan mühüm körpü kimi daim türk gücündən qorxuya düşən imperialisat dövlətlərin, o cümlədən Britaniya, Rusiya və başqa Qərb dövlətlərinin hədəf aldığı ölkə olmuşdur. Sırf bu impperialist güclərin uzun illər Azərbaycan Türk Millətinə qarşı planlarının icrası ilə Azərbaycanda türk hakimiyyəti çevriliş yolu ilə yıxılıb və irqçi farslar türk ərazilərində və Güney Azərbaycanda hakimiyyətə gətirildilər. Antitürk imperialistlərin vasitəsilə hakimiyyəti qəsb edən irqçi və irticaçı fars hakimiyyəti Güney Azərbaycanda türk millətini bütün təbii haqqlarından məhrum edib, onların tarixini, mədəniyyətini və dilini danıb və bu gün də bizi bir millət olaraq yox etmə siyasətini kəskin şəkildə davam etdirməkdədir. Lakin Güney Azərbaycanda türk milləti bu işğal və əsarətlə barışmayıb, özünün azadlığı və müstəqilliyi uğrunda mübarizəsinə davam etdirdi.

Azərbaycan Türk Millətinin milli mübarizəsi nəticəsində 1945-ci ildə Azərbaycanın bir hissəsində  Azərbaycan dövləti bərpa edildi. Bu dəfə isə Şərq və Qərb blokunun birbaşa və ya dolayı yzardımı ilə yenə Güney Azərbaycan işğalçı fars rejimi tərəfindən yenidən işğal edildi.

Azərbaycan və türk torpaqlarını qəsb edən irqçi fars rejim bütün media imkanlarından faydalanaraq çalışmışdır ki, millətimizi cahil, geriçi və… göstərib, dil və kültürümüzə qarşı ağır təhqiredici veriliş və filmlər hazırlasın. Bu istiqamətdə 2006-cı ildə irqçi və işğalçı fars dövlətinin rəsmi orqanı olan «İran» qəzetində təhqiredici bir karıkatura ilə ən çirkin və qeyri-insani şəklidə millətimizi təhqir edib və həqiqi irqçi və faşist sifətlərini göstərərək milli varlığımızın necə yox etmək strategiyasını yayınladılar. Bu iyrənc və təhqir üsulu ilə azərbaycanlı uşaqların beyinlərini yumaq siyasəti artıq millətimizin səbir kasasını daşırdı.

Milyonlarca Azərbaycan türkü küçələrə axışaraq, “Haray-haray mən türkəm!” deyib, öz varlığına sahib çıxdıb, işğalçi fars rejimin apardığı inkar və assimilyasion siyasətini boşa çıxardılar.

Bir Xordad qiyamında millətimiz işğalçılıq, irqçilik və müstəmləkəçiliyə qarşı üsyan qaldırıb, göstərdi ki, kimsə onun mənliyini tapdalayıb, təhqir edə bilməz.  Minlərlə Azərbaycan türkü yaxalansa da, onlarca şəhid verən, yüzlərlə insanı yaralanan xalqımız bir daha dünyaya göstərdi ki, Azərbaycan türk milləti öz müstəqlliyi uğrunda mübarizəsini davam etdirməkdədir.

Güney Azərbaycanda 1 Xordad qiyamı Azərbaycan tarixində qızıl bir səhifə açmaqla yanaşı müstəqillik uğrunda mübarizəmizin mühüm bir mərhələsi kimi tarixə düşmüşdür. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) də Güney Azərbaycanın müstəqilliyini əsas məqsəd seçərək, 1 Xordad qiyamının şəhidlərinin yolunu sədaqətlə davam etdirir. Azərbaycan Türk Millətinin təkcə qurtuluş yolunun müstəqillik olduğuna inanan GADTB, Azərbaycan Türk Millətinin Güney Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şərəfli mübarizəsini dəstəkləyir.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …