
GADTB: Azərbaycan “Traktor”u “Sənaye Nefti” komandası üzərində 3:0 hesablı inamlı qələbə qazanaraq yenidən qələbə yoluna qayıdıb. “Traktor”un hücumçularının qolları və üç qolun qeydə alınması komandanın coşqulu azarkeşlərinə şirin qələbə sevinci yaşadıb.
Bununla yanaşı, stadionda milli şüarlar səsləndirilib, lakin fars irqçi rejiminin Radio və Televiziya Təşkilatı tərəfindən senzura edilib.
“Traktor”un qarşılaşmasının 15-ci dəqiqəsində Təbrizin Səhənd stadionunda azarkeşlərin “Türk dilində mədrəsə olmalıdır hər kəsə” şüarı səslənib. Lakin bu şüar Səhənd telekanalının canlı yayımında saxta səsdən istifadə edilməklə senzura edilib.
Televiziya yayımından kimlik şüarlarının silinməsi cəhdləri davam etsə də, stadion tribunalarının səsini televiziyanın efirindən bir neçə saniyəni çıxarmaqla susdurmaq mümkün deyil.
Türk dilində təhsil tələbi Azərbaycan cəmiyyətinin uzun illərdir davam edən tələblərindən biridir və media senzurası bu istəyi aradan qaldıra bilməz.
Həmçinin Azərbaycan “Traktor”unun azarkeş “Ulduz”ları Təbrizin Səhənd stadionunda simvolik aksiya keçirərək İran stadionlarında irqçi şüarlara və türk kimliyinin təhqir olunmasına etiraz ediblər.
Onlar əllərini çarpaz şəkildə qaldıraraq və üzərində ingilis dilində “İrqçiliyə yox” yazılmış plakatlar tutaraq irqi və etnik ayrı-seçkiliyə qarşı olduqlarını bildiriblər.
Bu etiraz aksiyası futbolda irqçiliyə qarşı mübarizənin zəruriliyinə diqqət çəkmək və azarkeşlərin etiraz səsini FIFA da daxil olmaqla, məsul qurumlara çatdırmaq məqsədilə keçirilib.
“Traktor” azarkeş “Ulduz”larının mesajı aydındır: Türk kimliyi hörmətə layiqdir və irqçiliklə etnik təhqirlər idmanda normallaşdırılmamalıdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi