Bazar , Avqust 30 2026
azfa

Azərbaycanlı alim Əhmədrza Cəlalidən bir aydır heç bir xəbərin olmaması ciddi narahatlığa sbəb olub

GADTB: Molla rejimin edama məhkum etdiyi azərbaycanlı həkim və alim Əhmədrza Cəlalinin vəziyyəti ilə bağlı bir ay tam məlumatsızlıq, ciddi anarahtlığa səbəb olub. Alimin həyat yoldaşı Vida Mehraniniya “X” sosial şəbəkəsindəki paylaşımında həyat yoldaşı ilə hələ də əlaqənin olmaması ilə bağlı xəbərdarlıq edib.

O, yazıb: “Bu gün Əhmədrzanın son zəngindən bir ay keçir. Heç bir xəbər, heç bir əlaqə olmadan tam bir ay; yalnız susqunluq. Bu məlumat çatışmazlığı dərin narahatlıq doğurur. Onun vəziyyəti və harada olması ilə bağlı artan qorxu və narahatlıqla qarşı-qarşıyayıq”.

Əsas sual qalır: Əhmədrza haradadır? Bəs niyə ailəsinin onun səsini eşitməyə haqqı yoxdur?

Mehraniniya vurğulayıb ki, Əhmədrza Cəlali illərdir haqsız həbsdə ciddi təzyiqlərə məruz qalan ata və tədqiqatçıdır və bu susqunluğun və əlaqənin kəsilməsinin davam etməsi “qəddarlıq və insanlıqdan kənar” bir hərəkətdir. O, həyat yoldaşının vəziyyəti haqqında dərhal məlumat almağa və onun ailəsi ilə əlaqə saxlamağa çağırıb və beynəlxalq ictimaiyyəti onun azad edilməsi üçün təzyiqləri davam etdirməyə çağırıb.

Qeyd edək ki, azərbaycanlı alim Əhmədrza Cəlali 2016-cı ildə İranda həbs edilib və “casusluq” ittihamı ilə edam cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …