Cümə axşamı , Noyabr 12 2026
azfa

Evin zindanında saxlanılan siyasi məhbus bombardumanda İranın onları basdırmaq istədiyini deyir

GADTB: İranda Evin zindanın həbsdə saxlanılmış siyasi məhbus və keçmiş öyrənci fəal Motəhəre Gunei Evin həbsxanasına edilən raket hücumu ilə bağlı bildirib ki, İran hakimiyyəti qadın məhbusların dağıntılar altında qalmasını istəyib.

Siyasi məhbus partlayış zamanı 14 qadınla birgə Evin zindanının ETTELAAT Nazirliyinin nəzarətində olan 209-cu bölməsində həbsdə saxlanıldığını yazıb.

O, deyib ki, kameraların qapılarını özləri sındıraraq xilas olublar, halbuki, SEPAH qapıların açılmamasını əmr edibmiş. Daha sonra onlar Qərçək həbsxanasına köçürülüblər.

Guneinin sözlərinə görə, bombarduman zamanı zərər çəkənlər olsa da, həbsxana rəsmiləri məhbuslara cəmi 10 dəqiqə vaxt verərək, silah təhdidi ilə onları köçürmək istəyiblər. Digər siyasi məhbuslar da həbsxana rəhbərliyinin onları “insan qalxanı” kimi istifadə etdiyini bildiriblər.  

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …