Çərşənbə , Avqust 26 2026
azfa

Azərbaycanlı ana: Övladıma zorla “Ağgün Qaya” adı yerinə, “Kaya” adına doğum şəhadətnaməsi verdilər

GADTB: Təbrizdə rejimin  Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları adı türkcə “Ağgün Qaya” olan azərbaycanlı uşağa doğum haqqında şəhadətnamənin verilməsinə qarşı çıxıb və onun adını “Kaya” formasında doğum şəhadətnaməsinə yazıblar.

Bu barədə uşağın anası Sevinc Purşəhbaz xanım Balamın Adıı kampaniyasına danışıb:

“Oğlumuz 2023-ci il iyulun 1-də dünyaya gəlibvə biz ona Ağgün Qaya adını seçdik. Təbrizin vətəndaşlıq vəziyyəti aktları şöbəsinin rəsmiləri bildiriblər ki, bu ad “ad seçim sistemində” olmadığı üçün bu ada doğum haqqında şəhadətnamə vermirik. Rəsmilər Ağgün Qaya adını qeydiyyata almaqdan imtina edərək uşağa Kaya adını rəsmiləşdiriblər. Doğrudur, Kaya İstanbul türkcəsində Qaya deməkdir, ancaq idarə rəsmiləri Kaya adının türkcə olmadığını zənn edərək buna icazə verdilər. İnşallah bir gün övladımıza istədiyimiz adı, Ağgün Qaya adını verə bilərik.” – deyə xanım Purşəhbaz bildirib.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanının vəzifəli şəxslərinin bu əməli qanunsuzdur, “Vətəndaşlıq vəziyyəti aktları haqqında” Qanunun 20-ci maddəsində belə deyir: “ad seçmək ərizəçinin (uşağın valideynlərinin) haqqıdır.”

Əvvəllər də qeyd etdiyimiz kimi, Vətəndaşlıq Qeydiyyatı Təşkilatının türk adlarına qarşı strategiyalarından biri də uşaqların doğum şəhadətnaməsində türk olmayan adların məcburi qeyd edilməsidir. Bu üsul 30-40 il bundan öncə daha populyar idi, lakin hələ də davam etməkdədir.

Həmçinin yoxlayın

Britaniya İran İslam Respublikasına qarşı ABŞ-ın “İqtisadi təcridetmə” kampaniyasını dəstəkləyib

GADTB: Böyük Britaniyanın maliyyə naziri Con Hili bildirib ki, London ABŞ və digər tərəfdaşları ilə …

GADTB başqanı sayın Əjdər bəy Tağızadə Elçibəyin anım günündə çıxış edib- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …