GADTB irqçi fars-molla rejimin Azərbaycan və Türkiyə rəhbərliyinə qarşı iyrənc hərəkətlərini pisləyir

GADTB: İrqçi fars-molla rejimi hər fürsətdən istifadə edib türkə və Azərbaycana qarşı qanlı düşmən olduğunu dəfələrlə sübut edib. İrqçi fars-molla rejimi hətta dini də öz mənfəətləri istiqamətində istifadə edib və dünyada müsəlmanlar arasında dini ixtilaflar yaradan rejim kimi tanınmaqdadır. Molla rejimin “Çaldıran və Müqavimət Şəhidlərini Anma Mərasimi” də hətta müsəlmanlar arasında dini ixtilaf yaratma bahasına Azərbaycan və türkü hədəf alması rejimin nə qədər iyrənc və anti-türk olduğunu bir daha açıq şəkildə nümayiş etdirdi.

İrqçi fars-molla rejimi həm də bir daha sübut etdi ki, hətta özünün yalandan iddia etdiyi heç bir qonşuluq və müsəlmanlar arasında dostluq və əməkdaşlıq prinsipinə də sadiq qala bilmir. Azərbaycan və Türkiyə dövlətləri nə qədər qonşuluq və s. məsələlər üçün güzştə getsələr də irqçi fars-molla rejimi öz mahiyyıtini dəyişməyəcək.

Unutmamaq laımdır ki, hətta dünya səviyyəsində irqçi fars-molla rejimi daim dağıdıcı, ikiüzlü və iyrənc siyasət yeridən rejim kimi özünu sübuta yetirmişdi. Son dövrlərdə İranın regional siyasətində ardıcıl uğursuzluqları, Suriyada on milyardlar xərcləməklə cinayətkar Əsəd rejimini qoruya bilməməsi, Livan və Fələstinin xarabalığa çevrilməsinə səbəbkar olması, İsrailin qarşısında rəzilliklə yenilməsi cinayətkar molla rejiminin yenə də öz yanaşması və siyasətinə heç bir dəyişiklik etmədiyini göstərir.

Azərbaycan və Türkiyə dövlətləri qonşuluq xətrinə molla rejimin bütün pisliklərinə göz yumsa da, bu rejimin mahiyyəti dəyişməzdir və Xamenei Ərdəbildəki nümayəndəsinin əlaltısı vasitəsi ilə Azərbaycan və Türkiyə Prezidentlərinə qarşı nalayıq ifadələr işlətməsi artıq rejimin çıxılmaz vəziyyətdə qaldığını və Güney Azərbaycanda milli oyanışın qarşısında aciz qalaraq bu iyrənc addımlara əl atdığı məlum olur.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) irqçi fars-molla rejimin Azərbaycan və Türkiyə Prezidentlərinə qarşı nalayiq ifadələrinin qəbul edilməz olduğuna təkid edərək kəskin şəkildə molla rejimin bu iyrənc hərəkətini pisləyir və bildirir ki, Azərbaycan Türk Milləti Güney Azərbaycanda öz müstəqilliyini bərpa etməklə irqçi fars-molla rejimin bu iyrənc hərəkətlərinə layiqli cavabı verəcək.

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Əjdər Tağızadə

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …