Cümə axşamı , Noyabr 12 2026
azfa

Azərbaycanlı ata qızının türk adının səhv yazıldığına etiraz edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ata qızının türk adının səhv yazıldığına etiraz edir.

İrqçi fars-molla rejimin Təbrizdəki Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpənin adını doğum şəhadətnaməsində Sevgi əvəzinə heç bir mənası və əhəmiyyəti olmayan Sogi şəklində yazıblar.

Bununla bağlı, körpənin atası “Balamın Adı” kampaniyasına müsahibəsində deyib:

“Qızım martın 22-də dünyaya gəlib. Biz ona Sevgi adını seçdik. Doğum haqqında şəhadətnamə almaq üçün Təbrizin Vətəndaş Qeydiyyatı İdarəsinə müraciət edəndə, bu ada şəhadətnamə verməyəcəklərini, çünki sistemdə həmzə hərfi ilə adların qəbul edilmədiyini bildiriblər. Yoldaşım işlədiyindən və şəhadətnamə olmadan 9 ay analıq məzuniyyətinə çıxa bilməməsi səbəbindən Sogi adı ilə şəhadətnamə almalı olduq”.

Qeyd edək ki, “Sevgi”, “Elman”, “Elşən” kimi e saitli türk adları Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin sistemində “seçilə bilməz” kimi göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilmir, “Fizə”, “Faiqə”, “Maidə” və s samitli türk olmayan adlar isə bu sistemdə heç bir problem olmadan “icazə verilmiş” adlar kimi göstərilir və bu adlar üçün doğum şəhadətnaməsi verilir.

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …