Cümə axşamı , İyul 30 2026
azfa

Azərbaycanlı dənizçilərin olduğu gəmi Odessa sahillərində PUA hücumuna məruz qalıb

GADTB: Odessa limanı yaxınlığında azərbaycanlı dənizçilərin olduğu yük gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov “Facebook”da məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Albatros Corporation şirkətinə məxsus “ATA-2” quru yük gəmisinə Odessa limanı yaxınlığında üç PUA hücum edib.

Məlumata görə, gəmi ciddi zədələr alıb və hazırda Rumıniya sahillərinə doğru hərəkət edir.

Ekipaj 13 nəfərdən ibarətdir, onlardan 12-nin Azərbaycan, 1-nin isə Türkiyə vətəndaşı olduğu qeyd edilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində həlak olan və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, iyulun 14-də də Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalmışdı.

Hücum zamanı gəmi kapitanı Səməd Nəsrullayev həlak olmuş, 10 Azərbaycan vətəndaşı sahilə çıxa bilmişdi.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının ilk peyki bu tarixdə buraxılacaq

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb. Bu …

ABŞ İranla bağlı qurumlara sanksiya tətbiq etdi

GADTB: ABŞ Xəzinədarlığı İranla əlaqəli qurumlara qarşı yeni sanksiyaları təsdiq edib. Xarici Aktivlərə Nəzarət İdarəsi …