Azərbaycanlı fəal Əlirza Fərşi qərarın icrası üçün Tehran məhkəməsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Əlirza Fərşiyə İranın Məhkəmə Sistemindən elektron çağırış göndərəiılib. Azərbaycanlı fəal həbsdə olduğu zaman rejim tərəfindən şərlənərək məhkum edildiyi həbs müddətinin icrası üçün Tehranda Dövlət və İnqilab Prokurorluğunun 33-cü məntəqəinin “Şəhid Müqəddəs” bölməsinə getməlidir.

Tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi özünün sosial şəbəkə səhifəsində yazıb ki, məzuniyyət dövrünün bitdiyi üçün prokurorluğa çağrılıb.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi sağlamlığında problemlər yarandığı və gözündən əməliyyat olunması səbəbindən yanvarın 9-da Tehranın Fəşafuyə zindanından tibbi məzuniyyətə buraxılıb və məzuniyyət müddəti iki dəfə uzadılıb.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fə al “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib. O, 2020-ci ilin iyul ayının 21-dən Tehranın “Fəşafuyə” zindanında həbs cəzasını çəkməkdə idi.

Həmçinin yoxlayın

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu …

Şərqi Azərbaycan adının rəsmi bannerdə ixtisar edilməsi etiraz doğurdu

GADTB: Şərqi Azərbaycan Vilayəti Dövlət Təzirat Baş İdarəsinə aid olduğu bildirilən bannerdə rəsmi “Şərqi Azərbaycan” …