Çərşənbə axşamı , İyul 28 2026
azfa

Azərbaycanlı fəal Əmir Səttari yaydığı səs faylı ilə aclıq aksiyası keçirməsinin səbəbini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Əmir Səttari iyunun 10-da rejimin Təbrizdə yerləşən zindanından yaydığı səs faylı ilə aclıq aksiyası keçirməsinin səbəbini açıqladı.

Fəal sözlərinə İmam Hüseyninin “Müsəlman olmasaz da, azadə insan olun” sözü ilə başlayayarq deyir:  “Mən aclıq aksiyasının 3-cü günündə məhkəmə işimlə bağlı müəyyən məsələlərə aydınlıq gətirmək istəyirəm. Bilirsiniz ki, “haqq verilməz, alınar”. Ona görə də məhkəmənin ədalətsiz qərarı və təhlükəsizlik qüvvələrinin təzyiqi ilə pozulan hüquqlarımı bərpa etmək üçün aclıq aksiyasına başladım. Bu yolla tapdalanan hüququmun bərpa olunmasına nail olacam və ya bu yolda öləcəm.

Mən saxta ittihamlarla yaxalanmışam. Pozulan hüquqlarımın təmin olunması üçün bütün qanuni yollara baş vurdum. Təəssüflə, qanundan üstün olan güclər tələblərimin təmin olmasına mane oldular.

Mədəni fəaliyyət və vətəndaş hüququ ilə bağlı həm ölkə konstitusiyası, həm də ümumdünya insan hüquqları bəyannaməsində çoxlu müddəalar var. Lakin biz mədəni fəallar dinc yolla hüquqlarımızın təmin olunmasını istədiyimiz an yalan ittihamlarla qarşılaşır və ağır məhkəmə hökmləri ilə cəzalandırılırıq. Halbuki, biz ədalətin bərpa olunmasının tərəfdarıyıq.

Mən sonda təkid edirəm ki, yaxın gələcəkdə dosyemlə bağlı yeni sənədlər açıqlayacam. Məqsədim odur ki, bütün mədəni fəallar, insan hüquqları müdafiəçiləri, hüquqşünaslar və qanunun düzgün icra olunmasını tələb edən hər kəs mətni oxuyub Təbrizin məhkəmə sistemi və təhlükəsizlik orqanlarının fəaliyyətini qiymətləndirsinlər”.

Həmçinin yoxlayın

Azərbaycan İranın iki media qurumunun fəaliyyətini qanunsuz elan edib

GADTB: Azərbaycan Media İnkişaf Agentliyi (MEDİA) İranın “Səhər” telekanalı və “Mehr” xəbər agentliyinin Azərbaycandakı fəaliyyətinin …

Təbrizin Motojen Şirkətinin işçilərinin tətili beşinci gündür davam edir

GADTB: Təbrizdə fəaliyyət göstərən Motojen şirkətinin işçiləri beşinci gündür tətil aksiyasını davam etdirirlər. İşçilərin sözlərinə …

Bir cavab yazın