Çərşənbə axşamı , Noyabr 3 2026
azfa

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb.

Verilmiş bildirişə əsasən, Hüseyn İsmayıli 1405-ci il mehr ayının 7-si, saat 11:00-da Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsində iştirak etməlidir. Bildirişdə çağırışın mövzusu «iş üzrə səlahiyyətli şəxs və əlaqəli şəxslərin məhkəmə iclasında iştirakı» kimi göstərilib.

Məlumatlara görə, eyni vaxtda daha dörd azərbaycanlı fəal — Vəhid Əbhəri, Sima Əlipur, Nima Radməniş və Salar Tahirəfşar da məhkəmə orqanlarına çağırılıblar.

Həmçinin yoxlayın

Azərbaycana qarşı çağırışlar səsləndirən və düşmənçiliyi təşviq edən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edilib – SİYAHI

GADTB: Son zamanlar İran İslam Respublikası vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin …

İran Ermənistan üzərindən blokada təsirlərini azaltmaq istəyir

GADTB: İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini və İranın cənubunda yaşayan erməni xristianların parlament təmsilçisi …