Çərşənbə , Oktyabr 14 2026
azfa

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə 30 Avqust –Türkiyənin Zəfər Bayramı tədbirində- Video

GADTB: Bu gün 30 Avqust – Türkiyənin Vətən müharibəsində işğalçılara qarşı qazandığı möhtəşəm Zəfər Bayramı münasibətilə Avstraliyanın Sidney şəhərində rəsmi tədbir keçirilib. Tədbir Turkiş Oz Təşkilatnın təşkilatçılığı ilə baş tutub.

Tədbirə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri hörmətli Sara xanım Azarsun da  rəsmi dəvətlə qatılmışdır.

Tədbirdə Türkiyənin Sidney şəhərindəki baş konsulu Bilgin Aygünəş, diplomatlar, Avstraliyanın rəsmi dövlət nümayəndələri, ordu polkovniki Denis More, eləcə də 16 müxtəlif millətin dərnək rəhbərləri və nümayəndələri iştirak ediblər.

Proqram çərçivəsində sayın Mikayıl bəy Oyta Mustafa Kamal Atatürkün heykəlinə əklil qoyub və onun xatirəsini ehtiramla yad edib.

Sayın Mikayil bəy Oyta tədbirdə 30 Avqust –Türkiyənin Zəfər Bayramı münasibətilə çıxış edib.

Tədbirdə çıxış edən Mikayil bəy ingilis dilində etdiyi çıxışında 30 Avqust 1922-ci ildə həlak olan bütün şəhidlərin ehtiramla yad edildiyini bildirib.

Çıxışda 30 Avqust Zəfər Bayramının yalnız Türkiyənin deyil, bütün Türk dünyasının və türk xalqlarının bayramı və qələbəsi olduğu vurğulanıb. Həmçinin Azərbaycan xalqına xüsusi ehtiram ifadə edilərək, bayramın dünyada yaşayan azərbaycanlılar üçün də qürur və Zəfər günü olduğu qeyd edilib.

Sayın Mikayil bəy Oytanın ingiliscə çıxışı:

https://t.me/GADTB1/58246

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …