GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görəmolla rejimin həbs etdiyi Təbrizdə yaşayan azərbaycanlı milli fəalı Hüseyn Məhəmmədian cəza müddəti başa çatdıqdan sonra Təbriz Mərkəzi zindanından azad edilib.
Qeyd edək ki, dekabrın 11-i günorta saatlarında Təbrizdə molla rejiminin ETTELAAT qüvvələri tərəfindən azərbaycanlı fəal Hüseyn Məhəmmədian öz mağazasında həbs edilmişdi. Azərbaycanlı fəal milli-mədəni fəaliyyətlərinə görə həbs və təzyiqlərlə qarşılaşmışdı.