Cümə axşamı , Oktyabr 29 2026
azfa

Azərbaycanlı fəal Muxtar İbrahimi rejimin Marağadakı Polis İdarəsinin təhlükəsizlik bölməsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağa şəhərində yerləşən Polis İdarəsinin təhlükəsizlik bölməsi avqustun 1-də telefon vasitəsi ilə azərbaycanlı milli-mədəni fəal Muxtar İbrahimini çağıraraq, hədələyib.

Məlumata görə, fəal bir neçə saat hədə və təzyiq altında dindirildirilib. Təşkilatlarla əməkdaşlıq etmək, həmçinin yazdığı məqalələr və şəxsi Teleqram kanalı ilə ictimaiyyəti təşvişə salmaqda günahlandırılan fəal təhlükəsizlik qüvvələri tərəfindən hədələnib ki, Marağada hər hansı etiraz aksiyası keçirilərsə, o məsuliyyət daşıyacaq. İrqçi və işğalçı fars rejimin məmurları hətta bu barədə xüsusi xəbərdarlıq kağızı da yazıblar.

Qeyd edək ki, bundan öncə Muxtar İbrahimi iyul ayının 5-də də rejimin ETTELAAT İdarəsinə çağırılaraq, təzyiq altında hədələnərək, dindirilmişdir.

Azərbaycanlı fəal daha əvvəl də Azərbaycan Türk Millətinin hüquqları uğrunda fəaliyyət göstərdiyi üçün təzyiq, işgənə və həbsə məruz qalıb.

Həmçinin yoxlayın

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Bir cavab yazın