Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı fəal Nəsim Sadiqi oğlu ilə telefon əlaqəsində işgəncə edildiyini açıqlayıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejimin məmurları tərəfindən yaxalanan azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi zindanda işgəncə edilib.

Azərbaycanlı fəal Nəsim Sadiqi 2018-ci il oktyabr ayının 30-da oğlu Peyman Əmanətlə qısa telefon əlaqəsində işgəncə edildiyini açıqlayıb.

Azərbaycanlı fəalın yaxınlarının bildirdiyinə görə, o dindirilmə zamanı işgəncələrə məruz qalıb. O hədələnib ki, irəli sürülən ittihamları boynuna almasa, oğlu Peyman Əmanət və bacısı Fəhimə Sadiqi də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanacaq.

Məlumata görə, Nəsim Sadiqi işgəncə altında saxlanılmasına etiraz olaraq irqçi fars rejimin ETTELAAT İdarəsinin təcridxanasında 3 gün quru aclıq aksiyası keçirib. O işgəncələr dayandırılana və təknəfərlik kameradan çıxarılana qədər aclıq aksiyasına davam edəcəyini açıqlayıb. Azərbaycanlı fəal rejimin Təbrizdə yerləşən zindanına köçürüləndən sonra oktyabr ayının 27-də aclıq aksiyasını dayandırıb.

Azərbaycanlı fəal 2018-ci il oktyabr ayının 29-da rejimin Təbrizdə yerləşən Beheşti İnqilab Məhkəməsinin 19-cu şöbəsinə aparılaraq, orada fəala “sistemin əleyinə təbliğat aparmaq, milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və virtual aləmdə islam cümhuriyyəti əleyhinə xəbər yaymaq”da ittiham olunub. Fəala barəsində çıxarılan mülki vəsiqə qərarının məbləği artırılıb 150 milyon tümənlik vəsiqə qərarı çıxarılıb.

Qeyd edək ki, rejimin təhlükəsizlik qüvvələri fəalı 2018-ci il oktyabr ayının 21-də yaxalamış, həmçinin fəala məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefon, kompüter, kitab və əlyazmaları müsadirə etmişdilər.

Rejimin məhkəməsi bundan əvvəl azərbaycanlı fəal Nəsim Sadiqinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarmışdı. Lakin o zaminə buraxılmamış və zindana salınmışdı.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın