Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı fəal övladına uzun müddət mübarizədən sonra Hunay adına doğum şəhadətnaməsi aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal bir il gərgin mübarizə nəticəsində nəhayət dünən azyaşlı övladına Hunay adı ilə doğum haqqında şəhadətnamə ala bilib.

Ötən il Sufian şəhərində rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə çağırıldıqdan sonra molla rejimin qüvvələri tərəfindən həbs edilən və 80 gün zindanda həbsdə saxlanılan azərbaycanlı milli fəalı Murtuza Nurməhəmmədi aylarla davam edən səylərdən sonra övladı Hunaya şəhadətnamə ala bilib.

Azərbaycanlı milli fəal ötən il övladının adının elektron qeydiyyata alınmamasından sonra sosial media hesabında paylaşım edərək, telefonuna qeydiyyat idarəsindən bu adı seçməməsi ilə bağlı mesaj gəldiyini bildirib.

Qeyd edək ki, paylaşımından 10 gün sonra Sufian şəhərinin Qeydiyyat idarəsinə çağırılan Nurməhəmmədi repressiv qüvvələr tərəfindən tutulub. O, 2023-cü il dekabrın 7-də isə zaminə buraxılıb.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …